IQNA

“Alulbeyt”-in Tbilisidəki mərkəzində beynəlxalq müsabiqə keçirildi | Foto

11:37 - May 24, 2021
Xəbər sayı: 3489896
Türkiyənin “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə Gürcüstandan qatılan uşaqlardan “Alulbeyt”in Tbilisidəki mərkəzində imtahan götürülüb.

Türkiyənin “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə Gürcüstandan qatılan uşaqlardan “Alulbeyt”in Tbilisidəki mərkəzində imtahan götürülüb.

Az.shafaqna.com xəbər verir ki, “Alulbeyt Gürcüstan” tərəfindən təşkil olunan bu tədbirdə 33 uşaq canlı, 2 uşaq online iştirak edib.

“Alulbeyt Gürcüstan”ın müəllimləri tərəfindən 35 uşağın dini bilikləri yoxlanılıb.

Müsabiqəyə qatılan bütün uşaqlar soruşulan sualları cavablandırıb və imtahanı uğurla başa vurublar.

“Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bütün iştirakçılara təqdirnamə, həmçinin hədiyyələr təqdim edib.

Tədbir zamanı uşaqlar üçün meyvə və şirniyyat süfrəsi, sonda nahar verilib.

Qeyd edək ki, bu tədbir müsabiqənin birinci etapı idi. Bütün iştirakçılar  püşkatmada iştirak etmə hüququ qazanıblar. Püşkatmada adı çıxanlar isə Kərbəla ziyarətinə göndəriləcəklər.

 

 

captcha